Bank Of Baku

Avro Azərbaycan manatına qarşı ucuzlaşmaqda davam edir

Avro Azərbaycan manatına qarşı ucuzlaşmaqda davam edir
# 05 avqust 2015 06:32 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün avqustun 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 5-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% artaraq 1,0499 manata yüksəlib.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0077 manat və ya 0,67% azalaraq 1,1405 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR