Bakı. Könül Cəfərli - APA. Avropa Məhkəməsi Avropa Birliyinin İranın “Millət” bankına qarşı tətbiq etdiyi sanksiyanın qanunsuz olduğunu təsdiq edib.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə “Millət” bankının baş direktoru Əli Divandari açıqlama verib.
O bildirib ki, Lüksemburqda fəaliyyət göstərən Avropa Məhkəməsi 3 illik məhkəmə prosesindən sonra bankın lehinə hökm çıxarıb. Qərara əsasən AB dəymiş zərəri banka ödəməlidir.