Bank Of Baku

Avropa Birliyi ölkələrində vətəndaşların banklara kredit borcu 800 mlrd. avroya çatıb

Avropa Birliyi ölkələrində vətəndaşların banklara kredit borcu 800 mlrd. avroya çatıb
# 29 noyabr 2012 12:38 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli – APA. Avropa Birliyi (AB) ölkələrində vətəndaşların banklara kredit borcu 800 mlrd. avroya çatıb.

 

APA-nın məlumatına görə, bunu Almaniyanın Ziqen Universitetinin, kredit hüququ məsələləri üzrə ekspert Aleksandr Oyfinqer “Kredit alanların hüquqi müdafiəsi, maliyyə sektorunun sabitləşdirilməsi naminə istehlakçıların müdafiəsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.

 

A. Oyfinqer bildirib ki, hazırda AB-yə daxil olan ölkələrin vətəndaşlarının 60%-i bu və ya digər banklardan kredit alıb. Düzgün kredit verilməməsi prosesi nəticəsində isə kredit alan vətəndaşların 15%-i müflis vəziyyətə düşüb.

 

O, borc verərkən banklar qarşısında meydana çıxan problemlərə də diqqət yönəldib və kredit verilərkən borc alan tərəfin hüquqlarına da toxunub. Onun sözlərinə görə, bu proses zamanı bürokratik əngəllərin sayı çoxdur və mövcud vəziyyət Qərbi Avropa dövlətlərində də eynidir.

 

Ekspert kreditlərin verilməsi zamanı dələduzluq hallarının qarşısının alınmasının önəmini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR