Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin endirilməsi Avrozonanın sənaye sektoruna kömək etməyəcək. «APA-Economics»in məlumatına görə, bunu Avropa Mərkəzi Bankı İdarə Şurasının üzvü Benua Ker bəyan edib.
B.Kerin sözlərinə görə, uçot dərəcəsinin endirilməsi sənaye sektoruna dəstək kimi hesab edilən yardım deyil: «Aydındır ki, sənaye sektorunda fəaliyyət göstərən şirkətlər valyutanın ucuzlaşmasını istəyir, çünki bu, ixracı asanlaşdırır. Lakin nəzərə almaq lazımdır ki, bu, həmçinin idxalı bahalaşdırır».
B.Ker bildirib ki, bazardakı likvidliyin azaldılması üçün Avropa Mərkəzi Bankının müəyyən resurs və alətləri mövcuddur, lakin bunun vaxtı hələ çatmayıb.