Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan bankına kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan bankına kredit ayırıb
# 30 yanvar 2013 08:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın «Muğan Bank» ASC-yə kiçik və orta biznesin inkişafı üçün 6 mln. ABŞ dolları məbləğində maliyyə paketi təqdim edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «Muğan Bank»ın məlumatında deyilir.

 

EBRD-nin maliyyə  paketinə Azərbaycanda fəaliyyət göstərən mikro, kiçik və orta biznes üçün nəzərdə tutulmuş 5 mln. dollarlıq kredit xətti daxildir.

 

Həmçinin, Ticarətə Yardım Proqramı çərçivəsində ölkədə ticarətin maliyyələşdirilməsi məqsədilə «Muğan Bank» ASC-yə əlavə olaraq 1 mln. dollar həcmində kredit xətti ayrılacaq. Beləliklə, bank üçün Ticarətə Yardım Proqramının ümumi ayrılmış vəsaitin ümumi həcmi 4 mln. dollara çatacaq. 

 

Qeyd edək ki, EBRD-nin vəsaiti «Muğan Bank»ın strategiyasının özəyi olan mikro, kiçik və orta biznesin kreditləşməsi əməliyyatlarını davamlı olaraq maliyyələşdirmək, bununla da  yerli sahibkarların kreditlərə olan yüksək tələbatına cavab vermək və Azərbaycan şirkətlərinin ticarətin maliyyələşdirilməsi sahəsində  imkanların artırılmasını təmin edəcək.

 

EBRD ilə «Muğan Bank» arasında son illər aparılan əməkdaşlıq nəticəsində qurumun banka ayırdığı kreditlərin ümumi həcmi 16 mln. dollara çatıb.

 

Xatırladaq ki, «Muğan Bank» ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Bank ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), EBRD, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) İnvestisiya Fondu kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR