Bank Of Baku

Avropanın ən nüfuzlu mütəxəssislərindən biri Azərbaycan bankının rəhbərliyinə gətirilib

Avropanın ən nüfuzlu mütəxəssislərindən biri Azərbaycan bankının rəhbərliyinə gətirilib
# 22 iyun 2015 12:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın ən iri banklarından biri olan "AccessBank"da yeni təyinat baş verib.

 

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Vasiliy Melniçuk bankın informasiya texnologiyaları üzrə icraçı direktoru vəzifəsinə təyin olunub.

 

2015-ci ilin may ayında "AccessBank"da fəaliyyətə başlamazdan əvvəl V. Melniçuk son 6 il ərzində Avstriyanın "Volksbank" qrupunun Lvov şəhərindəki Ukrayna bölməsinin İdarə Heyətinin üzvü kimi layihə komitəsinin sədri vəzifəsində çalışıb.

 

Bundan əvvəl, 1998-ci ildə o Hollandiyanın ING maliyyə qrupunun Ukrayna törəmə bankını yaradan qrupa qoşulub, daha sonra 3 il müddətində ING qrupunun Əfqanıstanda həyata keçirilən beynəlxalq layihəsi üzərində çalışıb.

 

V. Melniçuk bir neçə beynəlxalq holdinqin və Asiya İnkişaf Bankının (Asian Development Bank) səhmdarları üçün yeni bankın İT-infrastrukturunu yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR