Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin IV rübündə avrozonada ÜDM 0,6% azalıb. Bu, 2009-cu ildən etibarən avrozonada ÜDM-in ən maksimal enməsi olub.
«APA-Economics»in Avrostata istinadən verdiyi məlumata görə, 2012-ci ilin III rübü ilə müqayisədə avrozonada ÜDM-in azalması 6 dəfə sürətlənib. Ümumiyyətlə, avrozonada ÜDM 9 aydır ki azalır – 2012-ci ilin III rübündə ÜDM 0,1%, II rübündə isə 0,2% azalıb.
Qeyd edək ki, ötən ilin ilk 3 ayı ərzində avrozonada 17 ölkədə ÜDM-in artım tempi sıfıra bərabər olub. Ötən ilin son rübündə avrozonada ÜDM-in həcmi 2011-ci ilin analoji dövrünə nisbətən 0,9% azalıb.