Bank Of Baku

AZAL iyulun 5-dən Bakıdan Tivata birbaşa aviareyslərə başlayır

AZAL iyulun 5-dən Bakıdan Tivata birbaşa aviareyslərə başlayır
# 30 aprel 2018 09:28 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" (AZAL) yay uçuş qrafiki üzrə iyulun 5-dən Monteneqronun məşhur kurortu Tivata birbaşa aviareyslərə başlayacaq.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.

 

"Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən “Pasha Travel” şirkəti ilə çarter proqramı  çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.

 

Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR