Bank Of Baku

Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı məlum olub

Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı məlum olub
# 25 aprel 2017 15:10 (UTC +04:00)

Litvaya rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin baş naziri Saulis Skvernyalislə görüşüb.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasındakı münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

 

İqtisadi-ticarət əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanan görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə nəzər salınıb və bu ilin ikinci yarısında komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. Hökumətlərarası komissiyanın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olunub.

 

Nazir E. Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verib, bu layihələrin iqtisadi və vaxt baxımından üstünlüklərindən danışıb. Baltik, Qara və Xəzər dənizi hövzələrinin əlaqələndirilməsinə dair Litvanın təşəbbüsü kontekstində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin vəd etdiyi imkanlar qeyd olunub.

 

Nazir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunub və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxili ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR