Bank Of Baku

Azərbaycan bankı Rusiya və İranla sərhəddə anbar komplekslərinin tikintisinə kredit ayıracaq

Azərbaycan bankı Rusiya və İranla sərhəddə anbar komplekslərinin tikintisinə kredit ayıracaq
# 28 fevral 2017 09:16 (UTC +04:00)

"Bank VTB (Azerbaycan)" ASC üçün azərbaycanlı sahibkarların Rusiya rublu ilə kreditləşdirilməsi prioritet olaraq qalır". "APA-Economics" xəbər verir ki, bunu bankın Müşahidə Şurasının sədri Mixail Osiyevski "Financeinfo" nəşrinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, söhbət Rusiyada fəaliyyət göstərən və ya şimal qonşumuzun iqtisadiyyatına bağlı olan şirkətlərdən gedir: "Hazırda rubl kreditləri üzrə faiz dərəcələri olduqca cəlbedicidir".


Sədr qeyd edib ki, ərzaq, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının, ayaqqabı istehsalı ilə məşğul olan müəssisələrin kreditləşdirilməsi daha məqsədəuyğundur. "Hazırda aqrar sektorda ciddi rentabellik müşahidə olunur. Bu sektor inkişaf etməlidir və inkişaf edəcək. Bunun səbəbləri də bizə məlumdur", - deyə bankir qeyd edib.

 

M.Osiyevski əlavə edib ki, nəqliyyat-logistika sektoru da bank üçün maraqlıdır: "Bu seqment malların şərqdən qərbə və əks istiqamətdə hərəkəti ilə bağlıdır, buna görə də bu sektor ciddi investisiyalar tələb edir. Konkret olaraq investisiyalar infrastruktur, dəmir və avtomobil yolları, limanlara yatırılmalıdır. Mən Rusiya və İranla sərhəddə müasir anbar komplekslərinin tikintisinin zəruriliyini qeyd etmək istərdim. Bu sahə bizim olduqca böyük marağımız var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR