Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 2 895,8 mln. manat və ya 65,19% artaraq 2015-ci ilin aprelin 1-ə 7 338,1 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayı ilə müqayisədə fevralda, bankların xarici öhdəliklərinin həcmi 2 532,6 mln. manat və ya 51,31% artıb, fevral ayı ilə müqayisədə mart ayında bu göstərici 130,1 mln. manat və ya 1,74% azalıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə bankların xarici öhdəliklərinin həcmi təxminən 1,5 dəfə artıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci ilin aprelin 1-ə 4 546,4 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 744,3 mln. manat və ya 62,25% çoxdur. Məcmu xarici aktivlərin həcmində fevral ayı ilə müqayisədə martda 377 mln. manat və ya 9,04%-lik artım baş verib.