Bank Of Baku

Azərbaycan banklarının xarici borclanması azalmaqdadır

Azərbaycan banklarının xarici borclanması azalmaqdadır
# 02 dekabr 2016 12:50 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 85,8 mln. manat və ya 1,4% artaraq 2016-cı ilin noyabr ayının 1-nə 6 229 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda bankların xarici borclanması 129 mln. manat və ya 2,03% azalıb.
 

Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin oktyabrında bankların məcmu xarici öhdəliklərin həcmi 1 975,5 mln. manat və ya 24,08% azalıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin noyabrın 1-nə 3 649,7 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 066,4 mln. manat və ya 22,61% azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda 221,2 mln. manat və ya 5,71%-lik azalma baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR