Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «Asia House»da üzvlük statusunu yüksəldib

Azərbaycan Beynəlxalq Bankı «Asia House»da üzvlük statusunu yüksəldib
# 04 fevral 2013 13:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) və Böyük Britaniyanın «Asia House» nüfuzlu işgüzar təşkilatı ABB-ya «Champion Supporter» statusunun verilməsinə dair saziş imzalayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 1996-cı ildə yaradılan «Asia House» təşkilatının əsas məqsədi Avropa və Asiyanın işgüzar və ictimai dairələri arasında əlaqələrin qurulmasıdır.

 

«Asia House»un üzvləri sırasında BP, «Shell», «Barclays Capital», «Deutsche Bank», KPMG, HSBC, «Rolls-Royce», «British American Tobacco» və digər məşhur Britaniya və beynəlxalq şirkətlər daxildir.

 

ABB artıq bir neçə ildir «Asia House»la əməkdaşlıq edir. «Champion Supporter» statusunun alınması ilə ABB təşkilatın əsas tərəfdaşlarından biri olacaq və qurumun strateji qərarların qəbul edilməsində iştirak etmək hüququ qazanır.

 

Qeyd edək ki, «Asia House»un egidası altında və ABB-nin təşkilatçılığı ilə Britaniyanın bir neçə işgüzar nümayəndə heyəti Bakıda olub. ABB-nin rəhbəri Cahangir Hacıyev Beynəlxalq Palata Şurasına üzv qəbul edilib. Ötən ilin noyabrında ABB «Asia House»un dəstəyi və iştirakı ilə Londonda «Caspian Corridor Conference» adlı konfrans keçirib. Konfransın məqsədi Böyük Britaniyanın işgüzar dairələrini Azərbaycan iqtisadiyyatı və mədəniyyəti ilə tanış etmək olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR