Bakı. Vahab Rzayev - APA-Economics. İngiltərənin “The Banker” jurnalının reytinqinə əsasən, Azərbaycan Beynəlxalq Bankı (ABB) dünyanın ən iri və dayanıqlı 1000 bankı siyahısında kapitalın həcminə görə 910-cu yeri alıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, əvvəlki reytinqlə ABB 28 pillə irəliləyib.
Qeyd edilir ki, aktivlərin həcminə görə ABB 768-ci, kapitalın yetərliliyi əmsalına görə 734-cü, kapitalın gəlirliliyinə görə 246-cı, aktivlərin gəlirliliyinə görə 464-cü yeri tutub.
“The Banker” jurnalı Londonda dərc edilir və beynəlxalq maliyyə bazarlarına həsr olunur. Jurnal “The Financial Times” şirkətinə məxsusdur.