Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı xətti ilə ölkə üzrə 173 mln. manata yaxın kredit ayırıb.
“APA-Economics”in məlumatına görə, bunu ABB-nin İslam bankçılığı departamentinin direktoru Behnam Qurbanzadə deyib.
“Azərbaycan bazarında İslam bankçılığı xətti ilə 173 milyon manat kredit ayırmışıq ki, bunun 130 milyon manatı İslam lizinqinin payına düşür”, - deyə B. Qurbanzadə qeyd edib.
Departament rəhbəri əlavə edib ki, cari ilin əvvəlindən ABB İslam bankçılığı xətti ilə götürülmüş kreditlərin ödənməsinə imkan verən 1000-dən artıq plastik kart emissiya edib.
Onun sözlərinə görə, cari ilin dekabr ayının 1-dən etibarən ABB Azərbaycan regionlarında İslam bankçılığı sahəsində fəaliyyət göstərən 3 struktur açmaq niyyətindədir.