Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırır

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırır
# 30 iyul 2013 12:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,26 manat, sayı 1 416 666 675  ədəd, emissiyanın ümumi həcmi isə 368 333 335,5 manat təşkil edir.

 

Emissiya bankın hər birinin nominal dəyəri 0,24 manat olan 1 416 666 675  ədəd (ümumi həcmi 340 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 8,3% artaraq 368,333 mln. manata çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR