Bakı – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «Visa International» şirkəti ilə birlikdə «Visa» kartı ilə xaricdə ödəniş et və hədiyyə qazan!» kampaniyasına start verib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni kampaniya ABB-nin müştərilərinə «Visa» kartı ilə ölkənin hüdudlarından kənarda alış-veriş etməklə hədiyyə qazanmaq imkanı verir. Kampaniya bu ilin oktyabrın 15-dək keçirələcək. Ən yüksək məbləğdə əməliyyatları həyata keçirən müştərilər «iPhone 5» mobil qazanacaq, sayca ən çox əməliyyat aparan və ümumi əməliyyatların həcmi 2 min manatdan yüksək olan müştərilər isə fotoaparat və videokameralarla mükafatlandırılacaq.