Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2013-cü ilin əvvəlinə 2,705 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 195,7 mln. manat və ya 7,8% çoxdur. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən məlumat verilib.
Bu ilin əvvəlinə Bankda yerləşdirilən əhalinin əmanətlərinin həcmi 1,32 mlrd. manata bərabər olub ki, bu da 2012 ilin yanvarın 1-nə nisbətən 36,3% çoxdur.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.