Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının aktivləri 18% artıb

Azərbaycan Beynəlxalq Bankının aktivləri 18% artıb
# 25 yanvar 2013 10:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 17,5% artaraq 2013-cü il yanvarın 1-nə 5,891 mlrd. manata çatıb. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən məlumat verilib.


Bankın kredit portfeli illik müqayisədə 22,2% artaraq 2013-cü il yanvarın 1-nə 3,856 mlrd. manata çatıb. Fiziki şəxslərə verilən kreditlərin həcmi 436,2 mln. manat təşkil edib.

 

Bankın məcmu kapitalı 2012-ci il ərzində 40,4% artaraq 720 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 37,8% artaraq 330,8 mln. manata çatıb.


Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 2012-ci  ilin sonuna 0,82%, kapitalın gəlirlilik əmsalı (ROE) isə 9,21% təşkil edib. Müqayisə üçün bildirək ki, 2012 ilin yanvarın 1-də bu göstəricilər müvafiq olaraq 0,51% və 3,52%-ə bərabər olub.


Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR