Bank Of Baku

Azərbaycan bu il pensiya xərclərini 4% artırıb

Azərbaycan bu il pensiya xərclərini 4% artırıb
# 18 oktyabr 2013 08:09 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 977,9 mln. manat təşkil edib. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, bu da 2013-cü ilin proqnoz göstəricisindən 1,9% çoxdur. Hesabat dövründə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 3,4% artıq olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12% artaraq 1 120,8 mln. manat təşkil edib.

 

İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,3%-i qeyri-büdcə sektorunun payına düşür. Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 17,3%,  əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 15,2% yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 40,7%, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 18,5% artıb.

 

Bu ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 411 mln. manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,9 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

 

Eyni zamanda, bu müddət ərzində Fondun xərcləri 1 890,5 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1 847,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 1 803,5 mln. manat təşkil edib.

 

Bu ilin doqquz ayında əhaliyə 44,0 mln. manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesabına müavinət ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR