Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşü olub.
Görüşdə Azərbaycanla AYİB arasında uzun illərdir səmərəli əməkdaşlığın mövcudluğu vurğulanıb, bu əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. AYİB ilə Azərbaycan arasında enerji, qeyri-enerji, informasiya-kommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Azərbaycanda sosial infrastrukturun inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulanıb.
Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini qeyd edən AYİB prezidenti ölkəmizə səfər etmək niyyətində olduğunu deyib.