Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar əvvəlki ilə nisbətən 5,8% artaraq 1 208 348,8 min manata çatıb.
DGK-dən «APA-Econommics»ə verilən məlumata görə, hesabat ilində gömrük rüsumları üzrə daxilolmalar 2011-ci ilə nisbətən 0,4% azalaraq 230 622,2 min manat, ƏDV üzrə 5,8% artaraq 883 366,3 min manat, aksizlər üzrə 22,4% artaraq 76 850,2 min manat, yol vergisi üzrə isə 43,6% artaraq 17 510,1 min manat təşkil edib.