Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində dövlət büdcəsinə 6 025,4 mln. manatın köçürülməsi təmin olunub. Bu isə 2011-ci ilə nisbətən 553,5 mln. manat ve ya 10,1% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov bu gün keçirilən mətöuat konfransında bildirib.
N.Əmirovun sözlərinə görə, toplanmış vergilerin 4 330,2 mln. manatı və ya 71,9% qeyri- dövlət sektorunun payına düsüb.
Hesabat ilində qeyri-neft sektorundan vergi daxilolmaları 3 286, 5 mln. manat olub ki, bu da 2011-ci ilə nisbətən 415,7 mln. manat və ya 14,5% çoxdur.