Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - FOTOSESSİYA

Azərbaycan Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 yanvar 2014 11:02 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, kollegiya iclasını açan DGK sədri Aydın Əliyev Azərbaycan gömrük xidmətinin yaradılmasının 22 illiyi münasibətilə bütün gömrük əməkdaşlarını təbrik edib.

 

O bildirib ki, Azərbaycanda gömrükçülərin peşə bayramı 1992-ci ildən qeyd edilir. Onun sözlərinə görə, bu il 22 illiyini qeyd edən gömrük xidməti əməkdaşları çətin və qürurlu günləri arxada qoyur. Sədr bu il xidmətdə fərqlənən gömrük əməkdaşlarını diplom və medallarla təltif edib.

 

Sonra çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev bildirib ki, Azərbaycan gömrüyü ötən il nəzərdə tutulan 1,380 mlrd. manat illik büdcə proqnozu əvəzində 1,383 mlrd. manat gömrük vergi və rüsumu toplayaraq proqnoza 100,2% əməl edib.

 

Onun sözlərinə görə, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycana mal və nəqliyyat vasitələrinin axını artmaqdadır: «Ötən il Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətli mübarizə aparıb. Qeydə alınan 12 475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olub ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yer tutur».

 

S.Mehdiyev deyib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 133 fakt aşkarlanıb: «Bu faktlar üzrə ümumilikdə 135,3 kq narkotik vasitə və psixotrop maddələr, o cümlədən, 33,1 kq həşiş, 18,2 kq tiryək, 37,7 kq heroin, 198,5 qram kokain, 35,6 kq marixuana, 10,1 kq metamfetamin, 217,7 qram metadon və s. gömrükçülər tərəfindən aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə, 152 nəfər barəsində müvafiq tədbirlər görülüb».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR