Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu xaricdə özəl sektorun inkişafına vəsait ayıracaq

Azərbaycan Dövlət Neft Fondu xaricdə özəl sektorun inkişafına vəsait ayıracaq
# 24 yanvar 2013 14:30 (UTC +04:00)

 IFC-dən «APA-Economics»ə verilən məlumata görə, ARDNF bu yaxınlarda bərpa olunan enerji mənbələri və iqlimə münasibətdə müsbət həllər sahəsində çalışan fondların və həyata keçirilən layihələrin inkişafını dəstəkləyən IFC-nin «Katalizator Fondu»na 50 mln. ABŞ dolları dəyərində vəsaitin ayrılması üzrə öhdəlik qəbul edib.

 

Bundan əvvəl ARDNF tərəfindən IFC-nin Afrika, Latın Amerikası və Karib Fonduna 100 mln. ABŞ dolları dəyərində investisiya yatırılıb. Azərbaycan inkişaf etməkdə olan bazarlar arasında IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti tərəfindən idarə edilən fondlara investisiya yatırmış ilk ölkə olub.

 

«Azərbaycan qlobal inkişafa böyük əhəmiyyət verir. Neft və qaz ehtiyatlarının satışından əldə etdiyimiz gəlirlərin etibarlı investisiya layihələrinə yatırmağımızın əsas səbəblərindən biri məhz budur. IFC-nin təcrübəsini və inkişaf etməkdə olan bazarlarda fəaliyyətini yüksək dəyərləndiririk və yatırdığımız investisiyaların güclü inkişafa təsir göstərəcəyini, həmçinin yüksək maliyyə gəlirliliyinə malik olacağını gözləyirik. IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti tərəfindən idarə edilən fondlara investisiyaların yatırılması ilə bağlı digər seçimləri araşdırırıq»», – deyə ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov bildirib.

 

IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti, IFC-nin tam mülkiyyətində olan törəmə qurumdur və üçüncü tərəflərdən kapitalın cəlb edilməsi və yatırılması, institusional investorlara IFC-nin təcrübəsindən faydalanmağa imkan yaradılması və bununla yüksək kapital gəlirliliyinin və vəsaitin yerləşdirildiyi inkişaf etməkdə olan bazarlarda müsbət inkişaf təsirinin təmin edilməsi sahəsində fəaliyyət göstərir. Şirkət 5 investisiya fondunun 4,8 mlrd. dollar dəyərində  kapitalını idarə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR