Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri ötən il 15% artıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri ötən il 15% artıb
# 21 yanvar 2013 14:33 (UTC +04:00)

ARDNF-dən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 130,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 13 117,4  mln. manat, tranzit gəlirləri 7,9 mln. manat, bonus ödənişləri 1,6 mln. manat, akrhesabı ödənişlər 3,0 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 mln. manat təşkil edib. Ötən il ərzində Fondun vəsaitlərinin idarə olunmasından 543,6 mln. manat gəlir əldə olunub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar gəliri isə 253,8 mln. manat təşkil edib.

 

Hesabat ilində Fonddan dövlət büdcəsinə 9 905,0 mln. manat vəsait transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 200,0 mln. manat vəsait ayrılıb. «Bakı-Tbilisi-Qars yeni dəmir yolu Layihəsi»nin maliyyələşdirilməsinə Neft Fondundan 119,0 mln. manat ayrılıb. Daha 20,0 mln. manat «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib, 2012-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 29,6 mln. manat təşkil edib.

 

Cari ilin yanvarın 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə nisbətən 14,5% artaraq 34,129 mlrd. ABŞ dollarına bərabər olub.

 

Qeyd edək ki, 2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 yanvar 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 14,934 ton (480 146 troya unsiyası) təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR