Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il daxili və xarici istiqrazlar buraxacaq

Azərbaycan Dövlət Neft Şirkəti bu il daxili və xarici istiqrazlar buraxacaq
# 01 mart 2013 13:47 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, avrobondların əvvəlki buraxılışı bir sıra müsbət nəticələrə gəlməyə imkan verib. Əvvəla, alıcıların marağı bu kağızlara olan tələbatın yüksək olduğunu göstərib, digər tərəfdən tələbatın yüksək olması istiqrazların gəlirliyini ARDNŞ üçün əlverişli səviyyəyə salmağa imkan verir. Belə ki, ötən ilin əvvəlində Avropanın fond bazarında orta gəlirlik dərəcəsinin illik 7,4% olduğu bir vaxtda ARDNŞ-in avrobondoları bundan aşağı – 5,4%-lə yerləşdirilib. İndi isə bu rəqəm 2 dəfədən də çox azalaraq 2,6%-ə düşüb. «Bu, investorların ARDNŞ-ə etibar etdiyini və beynəlxalq bazarlarda şirkətə inamın artdığını göstərir», - deyə R.Abdullayev bildirib.

 

ARDNŞ prezidentinin sözlərinə görə, artıq şirkət bəzi prioritet layihələrin tam və ya qismən maliyyələşdirilməsini istiqrazların buraxılması ilə həyat keçirmək niyyətindədir. Bununla yanaşı, 2013-cü ildə daxili istiqrazların da buraxılması nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR