Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin I rübü ərzində Azərbaycan əhalisi əldə etdiyi gəlirlərin 2,3%-ini kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib.
"APA-Economics" xəbər verir ki, bu, Statistika Komitəsinin açıqladığı hesabatın təhlili zamanı üzə çıxır.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan əhalisinin gəlirləri 10 mlrd. 303,5 mln. manata çatıb. Belə çıxır ki, yanvar-mart ayları ərzində əhali kreditlər üzrə faizlərin ödənilməsinə 236,98 mln. manat sərf edib.