Bank Of Baku

Azərbaycan əhalisi qeyri-ərzaq mallarına xərclərini 20% artırıb

Azərbaycan əhalisi qeyri-ərzaq mallarına xərclərini 20% artırıb
# 11 fevral 2013 14:22 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 1 481,7 mln. manat məbləğində və ya 2012-ci ilin yanvar ayı ilə müqayisədə 9,1% çox istehlak malları satılıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 0,9% artaraq 848,2 mln. manata, qeyri-ərzaq mallarının həcmi 22,5% artaraq 633,5 mln. manata bərabər olub: «Ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 5 faiz bəndi azalaraq 57,2%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 42,8% təşkil edib».

 

Hesabat ayında pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla 91,8 manatlıq ərzaq, 68,5 manatlıq qeyri-ərzaq malları alıb. Bu isə ötən ilin yanvar ayına nisbətən müvafiq olaraq 6 manat (+7%) və 11 manat (+19%) çoxdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR