Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvarın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin ümumi həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,1% artaraq 5 113,4 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 2 963,9 mln. manatı və ya 58%-i milli, 2 149,5 mln. manatı isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 29,9% və 16,9% artıb. Əmanətlərin 74,1%-i özəl banklarda yerləşdirilib.
Qeyd edək ki, 2013-cü ilin yanvar ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,78 manat, 100 Rusiya rubluna 2,59 manat, 1 avroya 1,04 manat təşkil edib.