Bank Of Baku

Azərbaycan əhalisinin banklardakı əmanətləri 6 mlrd. manata çatmaq üzrədir

Azərbaycan əhalisinin banklardakı əmanətləri 6 mlrd. manata çatmaq üzrədir
# 15 avqust 2013 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il iyul ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin qalığı 5 922,2 mln. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,4% artıb.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics” verilən məlumata görə, əmanətlərin 3 583,8 mln. manatı və ya 60,5%-i milli, 2 338,4 mln. manatı isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 44,5% və 23,6% artıb.

 

Qeyd edək ki, iyul ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,78 manat, 1 avroya 1,03 manat, 100 Rusiya rubluna 2,39 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0,78, 1,03 və 2,51 manat təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR