Bank Of Baku

Azərbaycan əhalisinin sərəncamda qalan gəlirləri son bir ildə 14% artıb

Azərbaycan əhalisinin sərəncamda qalan gəlirləri son bir ildə 14% artıb
# 22 yanvar 2013 13:59 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri əvvəlki illə müqayisədə 12,2% artaraq 3 784,3 manat və ya orta hesabla ayda 315,4 manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 11,1 faiz bəndi üstələyib və real olaraq 11% artıb.

 

«Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 34,7 mlrd. manatlıq gəlirin 61%-i son istehlak xərcləri, 8,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqları, 1,1%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 29,3%-i isə yığıma yönəldilib», - deyə Komitədən bildirilib.

 

Əhalinin sərəncamda qalan gəlirləri 31,7 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 13,8% artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR