Bank Of Baku

Azərbaycan əhalisinin yığıma yönəltdiyi gəlirlərin həcmi 21% artıb

Azərbaycan əhalisinin yığıma yönəltdiyi gəlirlərin həcmi 21% artıb
# 12 sentyabr 2013 11:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirlər 2012-ci ilin eyni dövrü ilə müqayisədə 6,0% artaraq 2 376,2 manat və ya orta hesabla ayda 297,0 manat təşkil edib.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,8 faiz bəndi üstələyib.

 

Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 22,0 mlrd. manatlıq gəlirin 68,7%-i son istehlak xərclərinə, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 20,6%-i isə yığıma yönəldilib.

 

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 20,0 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 7,5% çox vəsait qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR