«APA-Economics»in məlumatına görə, 144 ölkəni əhatə edən reytinqdə məcmu milli əmanətlərin həcminə görə Azərbaycan 47,9%-lə 8-ci yerdə qərarlaşıb. MDB ölkələri arasında isə Azərbaycan bu göstəriciyə görə birinci yerdədir. MDB ölkələrindən daha sonra Qazaxıstan qərarlaşıb ki, ümumi reytinqdə bu ölkə 13-cü yerdədir (39,6%). MDB ölkələri arasında reytinqdə üçüncü yeri Rusiya qazanıb. Ümumi siyahıda isə Rusiya 28-ci yerdədir (28,6%).
Ümumi reytinqdə Ermənistan 77-ci (18,7%), Ukrayna 85-ci (17,5%), Moldova 104-cü (13,9%), Tacikistan isə 111-ci (13,2%) olub.
Siyahının ilk onluğuna Küveyt (59,6%), Qətər (54,3%), İran (53,8%), Şərqi Timor (51,2%), Çin (51%), Əlcəzair (50,1%), Monqolustan (48%), Azərbaycan (47,9%), Sinqapur (44,4%) və Səudiyyə Ərəbistanı (43%) daxildir.
Qeyd edək ki, məcmu milli əmanətlər reytinqi əmanətlərin ÜDM-ə faiz nisbəti kimi hesablanılır və bunun əsasında tərtib olunur. Ən yüksək göstərici 59,6%, ən aşağı nisbət isə 10% təşkil edib.