2017-ci ilin yanvar-avqust ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 2 mlrd. 933 mln. 317 min 36,97 manat olan broker xidmətləri göstərib.
İkinci yeri ümumi həcmi 1 mlrd. 993 mln. 761 min 373,26 manat olan broker xidmətləri göstərmiş “Paşa Kapital İnvestisiya Şirkəti” QSC tutub. Renkinqdə üçüncü yerdə 1 mlrd. 512 mln. 315 min 271,42 manat olan broker xidmətləri göstərmiş ”"İnvest-Az İnvestisiya Şirkəti" QSC, dördüncü yerdə 1 mlrd. 261 mln. 436 min 743,96 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, beşinci yerdə 164 mln. 335 min 238,67 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, altıncı yerdə 79 mln. 924 min 854,59 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, sonuncu yerdə 53 mln. 258 min 857,95 manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.