2018-ci ilin mart ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 1 mlrd. 1 mlrd. 579 mln. 689,534 min manat olan broker xidmətləri göstərib.
İkinci yeri ümumi həcmi 1 mlrd. 462 mln. 131,124 min manat olan broker xidmətləri göstərmiş “Paşa Kapital İnvestisiya Şirkəti” QSC.
Renkinqdə üçüncü yerdə 1 mlrd. 289 mln. 189,583 min manat olan broker xidmətləri göstərmiş "İnvest-Az İnvestisiya Şirkəti" QSC”, dördüncü yerdə 1 mld. 273 mln. 416,033 min manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, beşinci yerdə 386 mln. 127,796 min manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, altıncı yerdə isə 131 mln. 972,223 min manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.