2017-ci ilin yanvar-noyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 4 mlrd. 318 mln. 709 min 587,84 manat olan broker xidmətləri göstərib.
İkinci yeri ümumi həcmi 4 mlrd. 87 mln. 124 min 791,09 manat olan broker xidmətləri göstərmiş “Paşa Kapital İnvestisiya Şirkəti” QSC tutub. Renkinqdə üçüncü yerdə 2 mlrd. 580 mln. 239 min 076,76 manat olan broker xidmətləri göstərmiş ”"İnvest-Az İnvestisiya Şirkəti" QSC, dördüncü yerdə 1 mlrd. 847 mln. 889 min 195,67 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, beşinci yerdə 242 mln. 362 min 597,30 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, altıncı yerdə 380 mln. 120 min 675,61 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, sonuncu yerdə 53 mln. 258 min 857,95 manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.