Bank Of Baku

Azərbaycan hökuməti «Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları»nı təsdiqləyib

Azərbaycan hökuməti «Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları»nı təsdiqləyib
# 22 yanvar 2013 06:42 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları»nı təsdiq edib. Gömrük Məcəlləsinə uyğun olaraq hazırlanan bu qaydalar mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir. 

 

«APA-Economics»in məlumatına görə, bu Qaydalar gömrük-sərhəd buraxılış məntəqələrində və gömrük rəsmiləşdirilməsi yerlərində istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə münasibətdə gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar isə ölkənin gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilir və bu mallara münasibətdə gömrük nəzarəti Gömrük Məcəlləsinə əsasən tənzimlənir.

 

Qaydalarda gömrük nəzarətinin həyata keçirilməsinin forma və üsulları, bu zaman istifadə edilən vasitələr, gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərin siyahısı, eləcə də gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində aparılan gömrük nəzarətinin mərhələləri və s. məsələlər əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR