Bank Of Baku

Azərbaycan İpoteka Fondu mənfəətini 42% artırıb

Azərbaycan İpoteka Fondu mənfəətini 42% artırıb
# 15 mart 2017 12:03 (UTC +04:00)

"Azərbaycan İpoteka Fondu" ASC (AİF) 2016-cı il üçün maliyyə göstəriciləri açıqlanıb.


"APA-Economics" AİF-ə istinadən xəbər verir ki, 2015-ci il ilə müqayisədə ötən il Fondun gəlirləri 2 mln. 294 min manat və ya 11,59% artaraq 22 mln. 95 min manata yüksəlib.

 

Fond 7 mln. 659 min manat mənfəət əldə edib ki, bu da 2015-ci ildəkindən 2 mln. 259 min manat və ya 41,83% çoxdur.
 

Müqayisə olunan dövrdə AİF-in cəmi öhdəlikləri 6 mln. 99 min manat və ya 17,44% azalaraq 343 mln. 881 min manat, cəmi kapitalı isə 58 mln. 164 min manat və ya 19,98% artaraq 349 mln. 244 min manat təşkil edib.

 

Hesabat dövründə Fondun borc öhdəlikləri 6 mln. 124 min manat və ya 17,82% azalaraq 337 mln. 557 min manata düşüb.

 

AİF bu il 25 mln. manatlıq gəlir əldə etməyi proqnozlaşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR