Bank Of Baku

Azərbaycan İpoteka Fondu yanvarın 21-də yeni istiqraz emissiyasının daha bir tranşını satışa çıxaracaq

Azərbaycan İpoteka Fondu yanvarın 21-də yeni istiqraz emissiyasının daha bir tranşını satışa çıxaracaq
# 18 yanvar 2013 14:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının VI emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.


BFB-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 5 mln. manat məbləğində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar 100,2% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il noyabrın 6-da icra olunacaq.


Qeyd edək ki, AİF-in altıncı emissiyasının ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, tədavül müddəti 10 il, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İstiqrazların yerləşdirilməsinə 2012-ci il dekabrın 28-də başlanılıb ki, indiyədək 6 mln. manat həcmində istiqraz yerləşdirilib.


Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin oktyabrın 4-də başlanan və həcmi 20 mln. manat olan, yerləşdirilməsinə 2012-ci ilin martın 15-də başlanan və həcmi 30 mln. manat olan 5 buraxılış tam yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR