Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının altıncı emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərraca 3 mln. manat məbləğində istiqraz çıxarılıb. Sifarişlərin nominal üzrə ümumi məbləği 47 037 497 təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.
İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2022-ci il noyabrın 6-da icra olunacaq.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti ötən ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. İndiyədək sözügedən emissiyanın 14 mln. manatı yerləşdirilib.