Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Birjadan “APA-Economics”ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq.
İstiqrazlar 100,4833% qiymətlə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi 2022-ci il noyabrın 6-dır.
Qeyd edək ki, İpoteka Fondunun istiqrazlarının bu emissiyasının ümumi həcmi 40 mln. manat, bir istiqrazın nominal dəyəri 1 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Bu istiqrazların yerləşdirilməsinə ötən ilin dekabrın 28-də başlanılıb və bu günə kimi 37 mln. manat həcmində istiqraz yerləşdirilib.