Bank Of Baku

Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasına hazırlaşır

Azərbaycan İpoteka Fondu yeni istiqraz emissiyasına hazırlaşır
# 01 oktyabr 2013 14:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Fondun məlumatında deyilir.


Buraxılışın həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, tədavül müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il, istiqrazlar üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

 

Qeyd edək ki, bu, artıq ipoteka istiqrazlarının 7-ci buraxılışıdır. Bundan əvvəlki altı buraxılışın ümumi həcmi 280 mln. manatdır və onlar tam yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR