Bank Of Baku

Azərbaycan iqtisadiyyatı son bir ildə 3,2% artıb

Azərbaycan iqtisadiyyatı son bir ildə 3,2% artıb
# 15 mart 2013 11:18 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əlavə dəyərin 54,6%-i sənaye sahələrində, 7,1%-i tikinti kompleksində, 7,6%-i ticarət və pullu xidmət sahələrində, 6%-i nəqliyyatda, 1,8%-i rabitə müəssisələrində, 2,4%-i aqrar bölmədə, 13,4%-i digər sahələrdə yaradılıb.

 

Hesabat dövründə adambaşına orta hesabla 902,6 manat məbləğində (1 150,1 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,8% artıb.

 

«Əlavə dəyərin 48,9%-i qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 10,5% artıb, neft-qaz sektorunda isə 2,6% azalıb», - deyə Komitədən bildirilib.

 

Qeyd edək ki, bu il Azərbaycanda ÜDM-in 51,379 mlrd. manatdan çox, iqtisadi artımın isə 2,2% olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR