Bank Of Baku

Azərbaycan Kazanda keçirilən beynəlxalq iqtisadi sammitdə iştirak edib

Azərbaycan Kazanda keçirilən beynəlxalq iqtisadi sammitdə iştirak edib
# 04 oktyabr 2013 13:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Kazan şəhərində (Tatarıstan, Rusiya) V Beynəlxalq İqtisadi Sammit keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İslam Əməkdaşlıq Təşkilatı, beynəlxalq təşkilatlar, bir sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri ilə yanaşı, bank, biznes, tədqiqat və digər sahələrdə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

 

Tədbirdə iştirak edən İİN-in İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev «Azərbaycan iqtisadiyyatı: ticarət imkanları və investisiya prioritetləri» mövzusunda təqdimatla çıxış edib.

 

Qeyd edək ki, 2009-cu ildən etibarən keçirilən Kazan Sammiti Tatarıstanın Prezident Administrasiyasının dəstəyi ilə təşkil edilir. Ötən il sammitdə 1000-dən çox nümayəndə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR