Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Ölkə iqtisadiyyatında qiymət gözləntilərində əhəmiyyətli artım yoxdur

Azərbaycan Mərkəzi Bankı: Ölkə iqtisadiyyatında qiymət gözləntilərində əhəmiyyətli artım yoxdur
# 15 fevral 2013 10:30 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələrinə əsasən, ölkə iqtisadiyyatında qiymət gözləntilərində əhəmiyyətli artım yoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə AMB-nin 2012-ci il üzrə «Pul siyasəti İcmalı»nda deyilir.

 

İcmala əsasən, 2012-ci ilin 6 ayı ərzində sənaye və tikinti sektorunda müsbət gözlənti müşahidə olunub, mövsümlüklə əlaqədar isə ilin son 3 ayda qiymət gözləntilərində azalma meyli nəzərə çarpıb. İl ərzində xidmət və ticarət sektorunda isə qiymət gözləntiləri indeksi neqativ zonada olub. Ümumilikdə, 2012-ci ildə orta ilik inflyasiya 1,1% təşkil edib ki, bu da son 3 il ərzində ən aşağı inflyasiya səviyyəsidir.

 

İcmalda deyilir ki, Beynəlxalq Valyuta Fondunun son hesabatına əsasən, 2013-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 6% təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da MDB ölkələri ilə müqayisədə 1,7 faiz bəndi aşağıdır. Asiya İnkişaf Bankı da öz hesabatlarında 2013-cü ildə inflyasiyanın birrəqəmli səviyyədə olacağını və 6% təşkil edəcəyini proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR