«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə AMB-nin rəsmi məlumatında deyilir.
Məlumata əsasən, Mərkəzi Bank makroiqtisadi sabitliyə yönəlmiş pul siyasətini davam etdirir və bildirir ki, 2012-ci ildə orta illik inflyasiya əhəmiyyətli şəkildə azalaraq 1,1% təşkil edib, manatın məzənnəsi sabit qalıb. Sabit məzənnə və inflyasiyanın xarici ticarətdə tərəfdaş ölkələrdəki inflyasiyadan aşağı olması manatın real effektiv məzənnəsinin iqtisadiyyatın rəqabət qabiliyyətinə müsbət təsirini təmin edib.
Qeyd edək ki, sonuncu dəfə uçot dərəcəsi 2012-ci ilin dekabrın 10-da 5,25%-dən 5%-dək endirilib. Həmin vaxt da əsas kimi inflyasiyanın aşağı olması göstərilib.