Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı valyuta sterilizasiyasını davam etdirir

Azərbaycan Mərkəzi Bankı valyuta sterilizasiyasını davam etdirir
# 14 avqust 2013 14:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin I yarimilində Azərbaycan Mərkəzi Bankının məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyinə yönəldilib.

 

«APA-Economics»in xəbərinə görə, bu barədə Mərkəzi Bankın I yarımillik üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.

 

İcmala əsasən, 2013-cü ilin I yarımilində Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib.

 

Ölkənin tədiyyə balansında böyük profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Lakin məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 6 ay ərzində 1 209,3 mln. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib.

 

Dövr ərzində manatın dollara qarşı məzənnəsi demək olar ki, dəyişməyib və cəmi 0,06% möhkəmlənib. Mərkəzi Bankın hesablamalarına görə, manatın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR