Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı yarımillik pul siyasəti icmalını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı yarımillik pul siyasəti icmalını açıqlayıb
# 14 avqust 2013 11:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin I yarımilliyində Azərbaycan Mərkəzi Bankı öz fəaliyyətini ölkədə makroiqtisadi sabitliyin davam etməsi və iqtisadiyyatın şaxələnməsi şəraitində həyata keçirib.

 

«APA-Economics»in xəbərinə görə, bu barədə Mərkəzi Bankın I yarımillik üzrə hazırladığı «Pul siyasəti icmalı»nda deyilir.

 

İcmala əsasən, bu ilin birinci yarısında ölkədə iqtisadi artım davam edib, xarici iqtisadi mövqe əlverişli olub: “Qeyri-neft sektorunun artım dinamikası daha da sürətlənib. “Dövlətin sosial-iqtisadi inkişafa və infrastruktura göstərdiyi aktiv dəstək iqtisadi artıma mühüm töhfə verib. Dövr ərzində ölkənin strateji valyuta ehtiyatlarının artımı davam etmiş və kifayətlilik üzrə beynəlxalq normaları əhəmiyyətli üstələyib”.

 

Bu ilin I yarısında Mərkəzi Bank fəaliyyətini inflyasiyanın aşağı birrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyi, maliyyə sabitliyinin və dayanıqlığının qorunması kimi hədəflərin həyata keçirilməsinə yönəldib. Orta illik inflyasiya cəmi 2% təşkil edib və əhali gəlirlərinin real artımı üçün əlverişli zəmin yaradıb. İnflyasiya tərəfdaş ölkələrdəki inflyasiyadan əhəmiyyətli dərəcədə aşağı olub. Manatın məzənnəsinin sabitliyi inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasında mühüm rol oynayıb. Manatın sabitliyi şəraitində aşağı inflyasiya qeyri-neft iqtisadiyyatının və ixracının beynəlxalq rəqabət qabiliyyətinə müsbət təsir edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR