Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinə gələn il üçün dövlət büdcəsindən ayrılacaq vəsait açıqlanıb.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsi layihəsində qanunverici orqana 19 107 213 manat vəsait ayrılması nəzərdə tutulur.
Bu rəqəm ötən ilkindən 2,1 faiz çoxdur. Ötən il bu vəsait 18 716 050 manat olub.